25.04.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

"Krımı Obama verib, Tramp yox"

25 apr 2025 07:00
DÜNYA
ads

ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə keçirdiyi mətbuat konfransında Krımın Ukraynaya qaytarılması məsələsinə münasibət bildirib.

Qutb.az bu barədə BBC-yə istinadən xəbər verir.

Tramp bildirib ki, Ukrayna çox ərazi itirib:

"Onlar müharibə aparırlar. Onlar çoxlu ərazi itiriblər. Biz Ukrayna ilə birlikdə edə biləcəyimizin maksimumunu edəcəyik. Onlar həqiqətən də çox ərazi itiriblər. Krım məsələsinə gəlincə, onu Barak Hüseyn Obamanın prezidentliyi dövründə verdilər. Mənim bununla – yəni Krımla – heç bir əlaqəm olmayıb. Bu, 11 il əvvəl, Obamanın vaxtında baş verib. Onlar sadəcə Krımı verdilər, heç bir atəş açılmadı, döyüş olmadı, heç nə baş vermədi. İndi isə soruşurlar ki, onu qaytarmaq olarmı? Məncə, bunu etmək çətin olacaq. Krımı verən prezident Barak Obama olub, Donald Tramp yox.”

Tramp, həmçinin Rusiyanın hansı güzəştlərə hazır olduğuna dair suala da cavab verib: “Müharibəni dayandırmaq. Bütün ölkəni işğal etmək planlarından imtina etmək. Bu, kifayət qədər böyük güzəştlərdir.”

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur