ABŞ hökuməti Almaniya, Türkiyə və Omanda yerləşən bir neçə şirkəti sanksiya siyahısına daxil edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, şirkətlər Tehranın raket və nüvə proqramlarına dəstək verdikləri üçün sanksiyaya məruz qalıblar. Onlar İranın raketləri üçün karbon lifi tədarük ediblər.
Məhdudlaşdırıcı tədbirlər Almaniyanın “Mazixon GmbH and Co KG” və Türkiyənin “Gökler Dis Ticaret Limited Sirketi” şirkətləri ilə bağlı olan bir sıra fiziki şəxslərə də aid edilib.