28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Azərbaycan elminə AĞIR İTKİ

11 okt 2023 08:00
HADİSƏ
ads
Advertisement

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Genetika kafedrasının professoru Rauf Quliyev vəfat edib.

Bu barədə Bakı Dövlət Universitetindən məlumat verilib.

Rauf Quliyev 1938-ci il yanvarın 5-də Gəncə şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 1967-ci ildə "Lənkaran paxlasının biomorfoloji və təsərrüfat əlamətinin dəyişkənliyi" mövzusunda namizədlik, 1988-ci ildə Ukraynanın Xarkov şəhərində Bitkiçilik, Genetika və Seleksiya Elmi-Tədqiqat İnstitutunda "Pambıq hibridlərində və təkrarən təsir edilmiş mutantlarda mutasiya dəyişkənliyi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Rauf Quliyev 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Genetika və Seleksiya Elmi-Tədqiqat İnstitutunda kiçik elmi işçi, 1967-ci ildən müsabiqə əsasında BDU-nun Genetika və darvinizm kafedrasında assistent, baş müəllim, dosent, professor, 1988-2018-ci illərdə kafedra müdiri vəzifələrində çalışıb.

Rauf Quliyev elmi-pedaqoji fəaliyyəti dövründə 97 məqalə, 1 monoqrafiya, 3 kitab, metodik göstəriş və proqramın müəllifi olub.

Milli.Az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur