Alimlər süni intellektin zarafatlarının insanlarınkından daha gülməli ola biləcəyini irəli sürüblər.
Publika.az xəbər verir ki, onlar bununla bağlı araşdırma aparıblar.
Araşdırmada iştirak edən 105 şəxsdən qaydalara uyğun zarafat yazmaları istənilib. “ChatGPT”ə də eyni göstərişlər verildikdən sonra hər iki tərəfin zarafatları qarışdırılaraq 200 nəfərə təqdim edilib. Səsvermədə iştirak edənlərin 70 faizi süni intellekti gülməli hesab edib.
Qeyd edək ki, araşdırma “PLOS One” jurnalında dərc edilib.
Roza Şəfiyeva