29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Hər il yarım santimetr: İtaliyanın mirvarisi bu tarixdə həmişəlik suyun altında qalacaq

21 iyn 2024 11:00
GÜNDƏM
ads

İtaliyalı elm adamları sel maneələri sisteminin Venesiyanı batmaqdan qorumaq üçün kifayət etməyəcəyini bildiriblər

Publika.az xəbər verir ki, alimlər 2150-ci ilə qədər Venesiyanın su altında qalacağını proqnozlaşdırırlar.

Bununla bağlı Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) mütəxəssisləri tərəfindən aşardırma aparılıb.

Dünyanın ən turistik şəhərlərindən biri olan Venesiya onilliklərdir ki, getdikcə tez-tez baş verən daşqınlarla mübarizə aparır. Venesiyanı və Adriatik dənizinin şimalındakı adalarını əhatə edən 550 kvadrat kilometrlik dayaz körfəzdə hazırda daşqından qorunma sistemi mövcuddur.

“INGV”nin bir qrup alimi Venesiya laqonunda gelgit səviyyəsinin ildə təxminən yarım santimetr yüksəldiyini aşkar ediblər. Dəqiq artım isə şəhər daxilində dəyişir.

Sözügedən məlumatlar Venesiyanın gelgit mərkəzinin son 20 ildə topladığı statistikaya əsaslanır. Tədqiqatçılar bu məlumatları 2008-2023-cü illər arasında qeydə alınan yerin çökməsi ilə bağlı peyk məlumatları ilə birləşdiriblər. Araşdırma nəticəsində şəhərin bəzi hissələrinin 2150-ci ilə qədər həmişəlik su altında qalacağı qənaətinə gəlinib. Alimlər Venesiyanın ən məşhur meydanı sayılan Müqəddəs Mark meydanının 70 santimetr suyun altında qalacağını təxmin edirlər. Şəhərin qərb tərəfi bu vəziyyətdən ilk təsirlənən ərazilərdən biri olacaq.

Laqonun girişlərindəki mobil maneələrdən ibarət sistem olan MOSE artıq fəaliyyətdədir, 2025-ci ilə qədər isə tam işləyəcək. Yüksək gelgitlər zamanı qapılar sökülür və suyun laquna və şəhərə daxil olmasına mane olur, lakin bu həll qısamüddətlidir. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin 2021-ci il hesabatında 2100-cü ilə qədər orta regional dəniz səviyyəsinin ən optimist qlobal istiləşmə ssenarisində 28-55 santimetr, ən pessimist ssenaridə isə 63-101 santimetr yüksələcəyi proqnozlaşdırılır.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur