UFC çempionu, dağıstanlı Həbib Nurməhəmmədov Los-Ancelesə gedərkən ABŞ təyyarəsindən endirilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Keçmiş idmançı qəza çıxışının yanında oturub. Təyyarə bələdçisi ondan qəza zamanı sərnişinlərə kömək etməyə hazır olub-olmadığını soruşub. Həbib isə suala “qaranlıq” cavab verib və ona başqa yer təklif edilib. Bu zaman onların arasında mübahisə başlayıb.
Nəticədə, idmançı təyyarədən endirilib. Onun ardınca keçmiş çempionu müşayiət edən dostları da nəqliyyat vasitəsindən düşüblər.