Ekvador silahlı qüvvələri ABŞ-a Rusiya-Sovet istehsalı silah və hərbi texnikanın təhvil verilməsinə dair razılaşmanın bir hissəsi olaraq Vaşinqtondan açıqlanmayan sayda UH-60A/L Black Hawk çoxməqsədli nəqliyyat helikopterləri alacaq.
Publika.az xəbər verir ki,bu barədə "Infodefensa" portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, ölkə ordusunun texniki xidmətlə bağlı problemlər və onlar üçün ehtiyat hissələrinin olmaması səbəbindən bu maşınlardan praktiki olaraq istifadə etmir. Hazırda yalnız bir belə helikopter işlək vəziyyətdədir.
Beləliklə, Latın Amerikası ölkəsinin silahlı qüvvələri Kolumbiya, Braziliya, Argentina, Meksika və Çilidən sonra Latın Amerikasında "Black Hawk" helikopterlərinin altıncı operatoru olacaq.
Cəmilə