02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

BMT rəsmisi: Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası...

01 may 2024 07:00
GÜNDƏM
ads

BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycan və Ermənistan arasında aprelin 19-da dövlət sərhədlərinin delimitasiyası ilə bağlı razılaşmanı yüksək qiymətləndirdiyini bildirib.

Publika.az xəbər verir ki, o, bunu mayın 1-də Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edərkən deyib.

M.A.Moratinos belə bir addıma görə hər iki dövlətin liderini, xüsusilə də Prezident İlham Əliyevi alqışladığını vurğulayıb.

BMT rəsmisi Yaxın Şərqdəki vəziyyətdən də söz açıb:

"Bu gün Yaxın Şərqdəki müharibəyə son qoymaq bizim üçün təxirəsalınmaz məsələdir. Ümid edirəm ki, bugünkü danışıqlardan sonra Qəzzadakı müharibə bitəcək və İsraildən olan girovlar da geri qaytarılacaq”.

Moratinos həmçinin "Bakı prosesi"nin vacib olduğunu bəyan edib. Onun sözlərinə görə, BMT-nin Sivilizasiyalar Alyansı illərdir dinlər və mədəniyyətlərarası dialoq üçün tanınmış platforma kimi çıxış edib:

"İnsan haqları və hüquqlarının qorunması vacib məsələdir. BMT-nin Sivilizasiyalar Alyansı mədəniyyətlər və dinlərarası dialoqun toqquşmaya qarşı gücləndirilməsinin tərəfdarıdır. Ədavətin bütün formalarına qarşı birgə mübarizə aparmalıyıq. Biz etimadı yenidən qurmalı və zəif təbəqələri nəzərimizdə saxlamalıyıq. Gəlin, dialoqa sadiq olaq, bununla da etimadı qura bilərik. Dialoq sülhə aparan yoldur. Biz parçalanmış keçmişdən sülhə yönələn gələcəyə doğru irəliləyəcəyik”.

BMT rəsmisi bu ilin noyabrında Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) da uğurlar arzulayıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur