Hindistanda İndira Qandi Beynəlxalq Hava Limanının damı çöküb. Nəticədə Ramesh Kumar adlı taksi sürücüsü dağıntılar altında qalaraq ölüb. Onun görüntüləri dünyanı şoka salıb.
Publika.az xəbər verir ki, onun maşını damın altında qalan 4 maşından biri olub.
Hadisədə yaralanan digər taksi sürücüsü Santoş Yadav "Səhər donanma zabitini götürüb hava limanında düşürdüm. Başqa bir zabitin gəlməsini gözlədiyimiz zaman qəfildən dam örtüyü çökdü. Beton parçalardan biri üstümüzə düşdü və başımız yarıldı”, - deyə qeyd edib.
Ölən taksi sürücüsünün ailəsinə və xəsarət alanlara təzminat ödəniləcəyi açıqlanıb.
Roza Şəfiyeva