Vitebsk vilayətinin Orşa şəhərindəki “Leqmaş” zavodunun işçiləri Belarus prezidenti Aleksandr Lukaşenkoya böyük çuqun qazan hədiyyə ediblər.
Publika.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
Belarus lideri hədiyyəni qəbul edib. Lukaşenko Düşənbəyə səfərləri zamanı Tacikistan prezidenti Emomali Rahmondan plov bişirmə dərsləri aldığını da bildirib.
Respublika başçısı əlavə edib ki, o, “adi kənd yeməklərinə” üstünlük verir. Eyni zamanda, Sovet İttifaqında "çox yaxşı resept" olduğunu da qeyd edib. Onun sözlərinə görə, Belarusda hazırda SSRİ dövründən qalan bir çox reseptləri bərpa edib istehsala qaytarırlar.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin Belarusa səfəri zamanı Lukaşenko onu milli ev yeməklərinə qonaq edib. O cümlədən, respublika başçısı Rusiya liderini kartoflu pancake və evdə hazırlanmış “molodost” salatına qonaq edib.
Adəm Abbaslı