29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

COP29-da iştirak etməyən dövlətlər nəyi itirdilər? - DEPUTAT AÇIQLADI

18 noy 2024 15:23
GÜNDƏM
ads

Azərbaycanda noyabrın 22-dək davam edəcək BMT-nin COP29 tədbiri ayın 11-dən öz fəaliyyətinə başlayıb. 


Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) səkkizinci günündə Mavi Zonada müxtəlif yerli və beynəlxalq təşkilatların tədbirləri davam edir.


Dünyanın bir çox ölkələrinin nümayəndələri sözügedən tədbirə qatılsa da, müəyyən səbəblərdən dolayı və ya istəmədiyi üçün qatılmayanlar da oldu. Məsələn, Kanada, Hindistan, Çin, Avstraliya, Kanada, Belçika, Norveç rəsmiləri COP 29 tədbirində iştirakdan imtina ediblər.


COP29-da iştirak etməyən dövlətlər nəyi itirdilər?


Milli Məclisin üzvü Ceyhun Məmmədov QUTB.AZ-a açıqlamasında bildirib ki, bu gün iqlim dəyişiklikləri ilə bağlı, dünyanı narahat edən məsələlərlə bağlı çox ciddi müzakirələr gedir:


Advertisement

"COP29  beynəlxalq tədbirdir. Birmənalı olaraq da bu tədbirdə iştirak etməyən ölkələr itirdilər. Bunların da başında ilk sırada məhz Fransa, Ermənistan durur. Onlar hər halda müəyyən danışıqlara qatıla bilərdilər. Fürsətdən istifadə edərək Azərbaycanla münasibətlərin normallaşması üçün real addımlar ata bilərdilər. Təəssüf ki, onlar bu imkanlardan da məhrum oldular. Bu gün təkcə Azərbaycan yox,  bütün dünya iqlim dəyişikliyindən ciddi əziyyət çəkir. Ona görə də bütün dövlətlər çalışmalı idilər ki, bu tədbirə qatılsınlar və öz töhfələrini versinlər".


Teglər
Müəllif : Aynur Babayeva
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur