20.09.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Azərbaycanla aramızda sülh bərqərar olub - Paşinyan 

20 sen 2025 11:04
GÜNDƏM
ads
Advertisement

Bir il 7 aydır ki, Ermənistan-Azərbaycan sərhədində heç bir əsgər ölməyib və yaralanmayıb.

Qutb.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki Müqavilə” partiyasının qurultayında çıxışı zamanı bəyan edib.

"Müstəqillik əldə etdikdən sonra elə bir dövrümüz olmayıb ki, bir il yeddi ay sərhəddə açılan atəş nəticəsində heç bir əsgərimiz həlak olmasın və yaralanmasın. Bu, sülhdür. Azərbaycanla sülh imzalanıb", - Paşinyan vurğulayıb.

O, Ermənistanın tarixi məqam qarşısında dayandığını da bildirib:

“Bu gün biz birlikdə Ermənistan Respublikasında gələcək əsrlər boyu həyatın əsas xüsusiyyətlərini müəyyən edəcək qərarlar qəbul edəcəyik”.

Baş nazir bu nailiyyət münasibətilə hər kəsi təbrik edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
156 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur