22.08.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

II Beynəlxalq Multikulturalizm Gənclər Forumu keçirilir

22 avq 2025 14:00
GÜNDƏM
ads
Advertisement

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ICESCO ilə birgə 22-27 avqust 2025-ci il tarixlərində II Beynəlxalq Multikulturalizm Gənclər Forumunu keçirir.

Qutb.az xəbər verir ki, “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr edilən Forumun məqsədi müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirərək multikultural dəyərlərin təşviqinə, mədəniyyətlərarası dialoqun inkişafına və dinlərarası anlaşmanın möhkəmləndirilməsinə töhfə verməkdir.

Beynəlxalq Multikulturalizm Gənclər Forumuna dünyanın 50-dən çox ölkəsindən 70-dək iştirakçı qatılacaq. Bakı, Xankəndi və Şuşa şəhərlərində təşkil ediləcək Forum çərçivəsində panel müzakirələri, interaktiv sessiyalar və təlim proqramlarının təşkili nəzərdə tutulur. İştirakçılar eyni zamanda Azərbaycanın işğaldan azad edilən tarixi torpaqlarında mədəni irsin vəziyyəti və aparılan quruculuq işləri ilə yaxından tanış olacaqlar.

Qeyd edək ki, Beynəlxalq Multikulturalizm Gənclər Forumu – müxtəlif millətlərdən, dinlərdən və mədəniyyətlərdən olan gəncləri bir araya gətirən, multikultural dəyərlərin təşviqi, qarşılıqlı anlaşma və tolerantlığın gücləndirilməsi məqsədi daşıyan ictimai platformadır. Forumun əsas məqsədi gənclər arasında multikultural dəyərlərə hörmətin artırılması, etnik və dini müxtəlifliyin sülh və həmrəylik mənbəyi kimi tanıdılması, eləcə də bu sahədə bilik və təcrübə mübadiləsinin təmin olunmasıdır. Forum çərçivəsində keçirilən panel müzakirələr, interaktiv sessiyalar, seminarlar və təqdimatlar vasitəsilə iştirakçılar müxtəlif multikultural təcrübələrlə tanış olur, birgə layihələr üçün təşəbbüslər irəli sürür və sosial həmrəylik ruhunda yeni əməkdaşlıqlar qururlar.

I Beynəlxalq Multikulturalizm Gənclər Forumu 2019-cu ildə “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi çərçivəsində təşkil olunub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur