15.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Netanyahunu hədələdi: Bu razılaşmanı imzalasan...

15 yan 2025 11:00
DÜNYA
ads

İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir baş nazir Binyamin Netanyahunun Qəzzada atəşkəsə və girovların azad edilməsinə razılaşacağı təqdirdə istefa verəcəyini bəyan edib.

QÜTB.AZ xəbər verir ki, nazir bu barədə sosial mediada açıqlama verib.

O, atəşkəsin tətbiqinin qarşısının alınmasının İsrailin HƏMAS-a təslim olmasının qarşısını almaq üçün yeganə şans olduğunu vurğulayıb.

Nazir həmçinin İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriçi də “HƏMAS-a təhlükəli təslim” kimi qiymətləndirdiyi atəşkəs razılaşmasının qarşısını almaqda ona qoşulmağa çağırıb.

Ben Qvir həmçinin Smotriçin 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumlarından sonra İsrailin Qəzzada hərbi əməliyyatı davam etdirməsi ilə bağlı fikirləri ilə razılaşdığını bildirib. Smotriç isə atəşkəs razılaşmasına qarşı olduğunu bildirsə də, hökuməti tərk edəcəyi ilə bağlı açıqlama verməmişdi.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur