"World Miss Europe" 2024 gözəllik yarışmasının qalibi bu il ilk dəfə türk qızı Elmas Yılmaz olub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 1927-ci ildən Livanda keçirilən yarışmada 21 ölkənin gənc qızları arasında seçilən Yılmaz, müsabiqənin 97 illik tarixində ilk dəfə qalib olan Türkiyəni təmsilçisidir.
Müsabiqəyə hazırlaşmaq üçün 6 ay ciddi şəkildə çalışan Elmas Yılmaz müsabiqə ilə bağlı bunları deyib: "Türkiyəyə bu qüruru yaşatmaq hər şeyə dəyər. Yarışa ciddi hazırlaşdım və bayrağımızı Livanda dalğalandırmaqdan böyük qürur hissi keçirdim. Bu mənim yox, türk qadınının uğurudur. Modelliyə davam edirəm, amma əsas məqsədim aktyorluqdur. Kamera qarşısına keçmək üçün dərs aldım, amma özümü daha da təkmilləşdirəcəm".