“Meta” şirkəti İranın ali dini lideri Əli Xamneyinin feysbuk və instaqram sosial şəbəkələrindəki hesablarını bloklayıb.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb:
“Feysbuk və instaqram Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda İranın ali dini lideri Ayətullah Əli Xamneyinin hesablarını silib”.
Xəbərdə Xamneyinin sosial şəbəkələrdə HƏMAS hərəkatını dəstəkləyən mesajlar yazdığı və İsrail əleyhinə bəyanatlar verdiyi bildirilib.
Qeyd olunur ki, “Meta”nın siyasəti təşkilatlara və ya şəxslərə zorakılıq çağırışlarını dərc etməyə icazə vermir.(Qafqazinfo.az)