Lənkəranda 27 yaşlı gənc faciəli şəkildə ölüb.
Mllli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, oktyabrın 20-də 1996-cı il təvəllüdlü Fərid Aslanlının Girdəni çayının Lənkəran rayonunun Göyşaban kəndi ərazisindən keçən hissəsində balıq ovlayarkən tilovun uc hissəsinin hündürlükdən keçən elektrik naqilinə təmas etməsi səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.
Mllli.Az