“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyev tarixin ən böyük yerli qapıçısının kim olması ilə bağlı fikirlərini bildirib.
Publika.az xəbər verir ki, Lunyev CSKA-nın qapıçısı İqor Akinfeyevi əfsanə adlandırıb, lakin xatırladıb ki, Lev Yaşin “Qızıl top”u alan yeganə qapıçı olaraq qalır.
“Akinfeyev həqiqətən də rus futbolunun əfsanəsi, bütün ağlasığmaz rekordları qırmış bir insandır. O, böyük hörmətə layiqdir və böyüklərlə bərabərdir.
Amma Yaşin dünyada “Qızıl top”u qazanan yeganə qapıçıdır. Burada nədən danışa bilərik? Dünyanın hansı qapıçısı onunla müqayisə edilə bilər? “Qızıl top”u nə Noyer, nə də Buffon almayıb”, – Lunyevin sözlərini “RB Sport” sitat gətirib.