ABŞ Prezidenti Co Bayden Knessetdə çıxış etmək üçün İsrailə səfər edə biləcəyini etiraf edib.
Publika.az xəbər verir ki, bu barədə MSNBC telekanalı məlumat yayıb.
"Bəli, amma bu məsələni müzakirə etmək istəməzdim, - deyən Ağ Evin rəhbəri jurnalistlərin yəhudi dövlətinə səfər etmək və İsrail qanunvericiləri ilə danışıq imkanı ilə bağlı sualını cavablandırıb.
Bir müddət əvvəl Co Bayden Konqresə müraciətində İsraildən Qəzza zolağına humanitar yardım üçün geniş imkan yaratmağı tələb etmişdi. O vurğulayıb ki, İsrailin Qəzza zolağına humanitar yardımın çatdırılmasında manipulyasiya etmək, ondan "sövdələşmə predmeti" kimi istifadə etmək hüququ yoxdur.
Hüseyn İbadlı