01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Ona Ağ Evdə yeni vəzifə veriləcək

12 fev 2024 07:00
GÜNDƏM
ads

Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi yeni vəzifə alacaq və ABŞ prezidentinin köməkçisi vəzifəsinə yüksələcək.

Publika.az xəbər verir ki, bu barədə Amerika administrasiyasındakı mənbələrə istinadən “Associated Press” məlumat yayıb.

Kirbi Ağ Evin milli təhlükəsizlik kommunikasiyaları üzrə müşaviri təyin ediləcək və Amerikanın müxtəlif departamentləri arasında məlumat mübadiləsinə nəzarət edəcək işçi heyəti onun tabeliyində olacaq. Onlar MTN-dən ayrı fəaliyyət göstərəcəklər.

Agentlik vurğulayır ki, yeni vəzifəyə baxmayaraq, Kirbi Ağ Evdə jurnalistlər üçün müntəzəm brifinqlərdə çıxış etməyə davam edəcək.

2021-ci ilin yanvar ayından Pentaqonun mətbuat katibi vəzifəsində çalışan Kirbi 2022-ci ilin mayında Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru təyin edilib. 2015-2017-ci illərdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri vəzifəsində də çalışıb.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur