Fransalı cütlük onlarla heyvanı pis şəraitdə saxladığına görə bir il şərti həbs cəzasına məhkum edilib.
Publika.az xəbər verir ki, Nitsadan olan cütlük 80 kvadratmetrlik mənzillərində 159 pişik və yeddi it saxlayıblar.
Lakin, heyvanların çirkab içində yaşadığı, su və qida çatışmazlığından əziyyət çəkdiyi və parazitlərə yoluxduğu məlum olub. Hakim cütlüyün heyvanlara düzgün qulluq etmədiyini bildirib.
68 yaşlı qadın və 52 yaşlı kişi cütlüyə ev heyvanları saxlamaq həmişəlik qadağan edilib.
Onlar, həmçinin heyvanların hüquqları ilə bağlı xeyriyyə təşkilatlarına 150 min avrodan çox pul ödəməyə məcbur ediliblər.
Roza Şəfiyeva