Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək
Tələbələrin imtahan stressi
İmtahan ərəfəsi bütün insanlar üçün olduqca stresli və həyəcanlı olur. Tələbələrdə bu stress daha da çox olur, beləki keçirilən sorğuların nəticəsinə əsasən tələbələr universitet oxuduqları müddətdə ən çox imtahan ərəfəsində stresli olurlar. Bəzi tələbələr müxtəlif üsullarla: musiqi dinləməklə, rəsm çəkmək və s. kimi yollarla stresin qarşısını almağa çalışsa da bəzi tələbələr isə imtahan stresinin, həyəcanının qarşısını ala bilmirlər. Bəs mütəxəssislər tələbərə imtahan stresini azaltmaq üçün nə məsləhət görürlər?
Qütb.az xəbər verir ki, bu məsələ ilə bağlı psixoloq Minarə Səbzeliyevanın fikrini aldıq. İmtahan zamanı stressin yaranmağı normaldır. Normal yaşanan stress “Eustress” adlanır. Eustress fərdi motivasiya edir və onun prodiktivliyinin artmasına səbəb olur. Nümunə verəsi olsaq: Fərdin cümə günü imtahanı var, eustress həmin şəxsə kömək edir ki, imtahana bazar ertəsindən hazırlaşmağa başlasın. Bu zaman o,vaxtını düzgün şəkildə bölür, materialını düzgün mənimsəyir və s. Lakin stress şəxsin prodiktivliyinə maneə olursa, imtahan nəticələrinə mənfi təsir göstərirsə bu artıq həddən artıq stress deməkdir. Bu stress “Distress” adlanır. Bu zaman stress özünü müxtəlif şəkillərdə biruzə verir. Məsələn: tərləmə,titrəmə, unutqanlıq, emosional olaraq qəzəblik hissi, panika və s.
Həsəmova Selcan
Bayramlı Xədicə
Məmmədli Cansu