Bakıda ana və 4 uşağı itkin düşüb.
Milli.Az axar.az-a istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, Maştağa qəsəbəsində yaşayan Ağazaman Salamzadə Sabunçu RPİ-nin 14-cü PŞ-nə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan arvadı Qızxanım Salamzadənin oktyabrın 4-də övladları - 2004-cü il təvəllüdlü Əbil Salamzadə, 2006-cı il təvəllüdlü Aysun Salamzadə, 2008-ci il təvəllüdlü Aynişan Salamzadə və 2010-cu il təvəllüdlü Səadət Salamzadə ilə birlikdə yaşadıqları ünvandan çıxmaları və geri qayıtmamaları barədə məlumat verib.
Faktla bağlı Sabunçu RPİ-nin 14-cü PŞ-də araşdırma aparılır.
Milli.Az