İsrail əsgərləri Qəzza zolağının şimal hissəsində Fələstinin radikal HƏMAS qruplaşmasının döyüş imkanlarını azalda bilib.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant məlumat verib.
"Şimal hissədə biz HƏMAS-ın 12 batalyonunu məğlub etdik. Əvvəlcə orada olan 15-18 min terrorçudan bir neçə mini orada qalıb", - deyə o, izah edib.
O qeyd edib ki, məhv edilə bilməyənlər Qəzzanın cənubuna çəkiliblər. Nazir əlavə edib ki, İsrail ordusu Qəzza zolağının şimal hissəsində HƏMAS qruplaşmasının qalıqlarından xilas olmaq üçün daha kiçik miqyaslı əməliyyatlar keçirəcək.
Hüseyn İbadlı