"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp bir günlük məşqçiliyə qayıdacaq.
QÜTB.AZ xəbər verir ki, alman mütəxəssis Lukaş Pişeklə Yakub Blaşçikovskinin şərəfinə keçiriləcək vida matçında komandalardan birinə rəhbərlik edəcək.
Bu barədə daha əvvəl almaniyalının çalışdırdığı Dortmund "Borussiya"sı sosial şəbəkələrdə məlumat yayıb.
Qarşılaşma sentyabrın 7-də Dortmundda baş tutacaq. Klopp özü bildirib ki, hansı komandanı çalışdıracağına əhəmiyyət vermir.
"Hər zamankı kimi edəcəm - başlamazdan 5 dəqiqə əvvəl oyun haqqında düşünməyə başlayacağam" deyə alman "Borussiya" tərəfindən yayımlanan videoda zarafat edib.
Xatırladaq ki, Klopp ötən mövsümün sonunda karyerasına fasilə verdiyini elan edərək "Liverpul"dan ayrılmışdı.