Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Rusiyanı ən ermənipərəst ölkə adlandırıb.
Publika.az xəbər verir ki, Karasin bu barədə Telegram kanalında deyib.
“Qərbin Ermənistanı Moskvadan mümkün qədər uzaqlaşdırmaq üçün aşkar müdaxilə cəhdlərini nəzərə alaraq, emosional olaraq qeyd etmək məcburiyyətindəyəm ki, geniş mənada İrəvanda Rusiyadan daha ermənipərəst birini tapa bilməzsiniz”, - siyasətçi yazıb.
Onun sözlərinə görə, bunun bir çox səbəbləri var - tarix və qan bağlarından tutmuş regional təhlükəsizlik prioritetlərinə qədər. “Və ciddi düşünməyin vaxtı çatıb”, - senator hesab edir.
Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbin Ukrayna ilə bağlı planlarının iflasa uğradığını və Ermənistanı Rusiyadan qoparmaq üçün onu “vəhşicəsinə ” tutduğunu bildirmişdi.
Tural