"Bayer"in baş məşqçisi Xabi Alonso komandasına treble etməyə imkan verməyən Avropa Liqasının finalında "Atalanta"ya məğlubiyyəti (0:3) şərh edib.
Publika.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu amilin onun xeyrinə olduğunu bildirib:
“Bu futboldur. Məğlubiyyətlə mübarizə bizim işimizin bir hissəsidir. Bu, komandamız üçün ilk məğlubiyyət deyil, sonuncu da olmayacaq. Amma əminəm ki, bu məğlubiyyət məni daha güclü məşqçi edəcək.
Belə matçlar unudulmur və gələcəkdə onların təcrübəsindən istifadə edə bilərsiniz. Həmin anda acı verir. Çox ağrılı məğlubiyyət idi, amma düşünürəm ki, trebl qazanmaqdansa, məşqçi kimi inkişafım üçün daha faydalı olacaq”.
Qeyd edək ki, sözügedən məğlubiyyət həm də "Bayer"in 51 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyub.
Heybət