Ukrayna Prezidenti Vladimir Zelenski tibbi kannabisin (çətənə) leqallaşdırılması haqqında qanun imzalayıb.
Publika.az bu barədə Ukrayna parlamentinin saytında məlumat verilib.
“Xərçəng, müharibə nəticəsində yaranan posttravmatik stress pozğunluğu ilə bağlı xəstələrin zəruri müalicəyə çıxışının genişləndirilməsi məqsədi ilə tibbi kannabisin (çətənə) bitkilərinin dövriyyəsini tənzimləyən qanun layihəsi Prezident tərəfindən imzalanıb”, - deyə vurğulanıb.
2023-cü ilin dekabrında Ali Rada tibbi kannabisin (çətənə) leqallaşdırılması haqqında qanun layihəsini qəbul edib.
Qanun rəsmi dərc edildikdən altı ay sonra qüvvəyə minəcək.