29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Dəstə rəhbəri baş naziri soyqırım törədəcəkləri ilə hədələdi

07 mar 2024 15:00
GÜNDƏM
ads
Advertisement

Haitidə cinayətkar dəstələrdən birinin rəhbəri Baş nazir Ariel Henrinin istefa vermədiyi təqdirdə soyqırıma səbəb olacaq vətəndaş müharibəsi başladacaqları ilə hədələyib.

Publika.az xəbər verir ki, həbsxanalara basqın edərək, təxminən 4 min məhbusun qaçmasına və 12 nəfərin ölməsinə səbəb olan dəstənin rəhbəri "Barbekü" ləqəbli Cimmi Çerizier Baş nazirin istefasını tələb edib.

"Baş nazir Ariel Henri istefa verməsə və beynəlxalq ictimaiyyət onu dəstəkləməyə davam edərsə, biz birbaşa soyqırıma səbəb olacaq vətəndaş müharibəsinə gedəcəyik", - əvvəl polis olan Çerizier yayımladığı videomüraciətdə deyib.

Hökumət həbsxanadan qaçan cinayətkarları tutmaq üçün 72 saatlıq fövqəladə vəziyyət elan edib.

Henri sözügedən dəstənin hücumları zamanı Nayrobidə olub. Cherizierin dəstəsi Baş nazirin ölkəyə qayıtmasının qarşısını almaq üçün dəfələrlə paytaxt hava limanını ələ keçirməyə cəhd edib.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur