Azərbaycanda yüzlərlə insanın minlərlə manat xərclədiyi "Pazfarm" şəbəkəsi vəsaitləri mənimsəyərək aradan çıxıb.
Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas qeyd edib. O bildirib ki, platformada 50 min manata qədər pulu batan insanlar var:
"Pazfarm" insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazandıran platforma idi.
Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkən sayı çoxdur. İnsanlar təlaş içində hüquq mühafizə orqanlarına müraciət edirlər", - deyə o yazıb.
Milli.Az