ABŞ-ın keçmiş prezidenti Donald Tramp gələn həftə Macarıstanın baş naziri Viktor Orbanı Floridadakı Mar-a-Laqo malikanəsində qəbul etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, görüşün martın 8-də baş tutacağı gözlənilir.
Agentlik hesab edir ki, belə bir addım keçmiş prezidentin hakimiyyətə qayıtması perspektivi ilə bağlı ABŞ müttəfiqləri arasında “narahatlığı artıracaq”.
Bundan əvvəl Tramp Argentina prezidenti Xavyer Mile ilə danışıb.
Tural