Gürcüstan parlamenti “2024-cü ildə Gürcüstanın Müdafiə Qüvvələrinin sayının müəyyən edilməsi haqqında” yeni qərar qəbul edib.
Publika.az xəbər verir ki, qərarla Gürcüstan Müdafiə Qüvvələrində hərbi personalın hazırkı sayı müəyyən olunub.
Qəbul edilmiş qərara əsasən, ölkənin Müdafiə Qüvvələrinin sayı 37 min nəfərdən çox olmayacaq. Bu məhdudiyyət Gürcüstan Müdafiə Nazirliyinin hərbi qulluqçularına, ehtiyatda olanlara və müvəqqəti tam ştatlı işçilərinə şamil edilmir.
Qeyd edək ki, bu gün Gürcüstanda hərbi xidmət dörd kateqoriyaya bölünür. Bunlar icbari, müqaviləli, kadr və ehtiyatda olan kateqoriyalardır.