"Sabah bizi çətin oyun gözləyir. Qələbə qazanmaq şansımızın yüksək olduğunu düşünürəm".
QÜTB.AZ xəbər verir ki, bu sözləri İsveç millisinin futbolçusu Deyan Kulusevski UEFA Millətlər Liqasının C Divizionunda Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
Hazırda İngiltərənin "Tottenhem" klubunda çıxış edən vinger sabahkı matça tam hazır olduqlarını söyləyib: "Yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, maraqlı qarşılaşma olacaq".
Qeyd edək ki, sentyabrın 5-də Tofiq Bəhramov adına ResQutb.az Stadionunda keçiriləcək Azərbaycan – İsveç görüşü saat 20:00-da başlayacaq.