Ali Hərbi Məktəbin sabiq rəisi, general-mayor İlqar Məmmədov yenidən vəzifəyə gətirilib.
Publika.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, İ.Məmmədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun hərbi məsələlər üzrə müşaviri təyin edilib.
Qeyd edək ki, İ.Məmmədov ötən ilin sentyabr ayında Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsindən azad edilmişdi.