10.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Azərbaycanda qəbiristanlıqdan OĞURLUQ

10 yan 2025 00:00
HADİSƏ
ads

Göygölün Topalhəsənli kənd qəbiristanlığında tez-tez oğurluq hadisələri baş verir.

QÜTB.AZ "Xəzər" TV-yə istinadən məlumat verir ki, bu barədə kənd sakinləri bildirirlər.

Sakinlər deyirlər ki, oğrular indi də qəbirlərin üzərindəki mərmərdən hazırlanmış güldanları oğurlayırlar.

Məsələdən xəbər tutan sakinlər dərhal polisə məlumat veriblər. Ancaq onların nigarançılığı tək bununla da bitmir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Eşqin Qasımov "Xəzər Xəbər"ə bildirib ki, müraciətlərlə bağlı Göygöl Rayon Polis Şöbəsində bir sıra tədbirlər həyata keçirilib. Araşdırmalar zamanı məlum olub ki, rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı Həsrət Fərəcov 2024 və 2025-ci illər ərzində rayon ərazisindəki bir neçə qəbiristanlıqdan mərmər gülqabılarını oğurlayıb. Həsrət Fərəcov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ətraflı süjetdə:

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
137 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur