28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Ukrayna ilə bağlı plan təklif edildi: Kiyev və Aİ niyə qarşıdır?

04 dek 2024 18:00
DÜNYA
ads
Advertisement

Donald Trampın müşavirləri ona Ukraynadakı münaqişənin həlli üçün üç variant təqdim ediblər. Bəzi məqamlar Kiyev və Avropa İttifaqının (Aİ) kəskin reaksiyasına səbəb olub.

QÜTB.AZ xəbər verir ki, bu badədə "Reuters" məlumat yayıb.

Agentlik respublikaçılara istinadən bildirir ki, Tramp hazırda sülh planı yaratmaq üçün işçi qrupu çağırıb, lakin komanda mümkün ideyaları araşdırır. Əsas məqsəd Moskva və Kiyevi danışıqlar masasına oturtmaqdır.

Həmsöhbətlərdən biri bildirib ki, hazırda üç təklif var - Ukraynada nizamlanma üzrə xüsusi elçi, istefada olan general-leytenant Keyt Kelloq, vitse-prezident seçilmiş Ceyms Devid Vens və milli kəşfiyyatın keçmiş rəhbəri Riçard Qrenel. Bunlar Ukraynanın ərazi güzəştləri və Şimali Atlantika Alyansına üzvlükdən imtina etməsini nəzərdə tutur. Qeyd olunur ki, yeni seçilmiş Amerika lideri çox güman ki, “kök və çubuq” prinsipini rəhbər tutacaq. Ukrayna prezidenti Vladimir Zelenski danışıqlara razı olmasa, Vaşinqton Ukraynaya dəstəyi dayandıracaq, Rusiya prezidenti Vladimir Putin imtina etsə, dəstək artacaq.

Məlumata görə, Kiyev, Avropa İttifaqının üzvləri və bəzi amerikalı qanunvericilər ABŞ-ın seçilmiş prezidentinin təkliflərinə qarşı çıxacaqlar.

Analitiklər və keçmiş kəşfiyyat rəsmiləri qeyd edirlər ki, Trampın təklifləri Ukraynanın alyansa daxil olmasını “qələbə planı"nın əsas məqamı adlandıran Zelenskinin müqaviməti ilə üzləşəcək. Materialda Avropa ölkələrinin rəhbərliyinin və ABŞ Konqresinin Ağ Ev rəhbərinə müdaxilə edəcəyi də bildirilir. Beləliklə, Kiyevi danışıqlarda iştirak etməyə məcbur etmək üçün Trampın əlində son nəticədə daha az kozır ola bilər.

Adəm Abbaslı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur