Biznesmen İlon Mask amerikalı milyarder Devid Saksın NATO ilə bağlı fikirlərini dəstəkləyib.
Publika.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Düzdür. Mənə həmişə maraqlı gəlib ki, NATO-nun əzəli düşməni və yaranma səbəbi hazırda olmasa da, təşkilat niyə mövcud olmağa davam edir?”, - deyə Mask qeyd edib.
Xatırladaq ki, Devid Saksın fikrincə, Sovet İttifaqının dağılmasından sonra NATO ləğv edilməli idi. SSRİ-nin dağılmasından sonra Şimali Atlantika Müqaviləsi Təşkilatını buraxmaq əvəzinə, genişlənmə ilə bağlı yeni missiya ilə çıxış etdiklərini xatırladan Devid Saks bəyan edib ki, bu, NATO ətrafında təşkilatın mövcudluğuna haqq qazandırmaq üçün lazım olan düşmənçiliyi yaradıb.