28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

ABŞ-dan Ukraynaya ciddi xəbərdarlıq

22 mar 2024 08:00
GÜNDƏM
ads
Advertisement

ABŞ Kiyevi Rusiyanın enerji infrastrukturuna zərbələr endirməyi dayandırmağa çağırıb.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən yazıb. Bildirilib, Vaşinqton dünya bazarında neft qiymətinin artmasından və Moskvanın cavab tədbirləri görəcəyindən narahatdır.

Materialda qeyd olunub ki, ABŞ Ukrayna Təhlükəsizlik Xidmətinin və Baş Kəşfiyyat İdarəsinin yüksək vəzifəli nümayəndələrinə dəfələrlə müvafiq xəbərdarlıqlar göndərib.

"Ağ Ev Rusiyanın qərbində neft emalı zavodlarına, terminallara və anbarlara zərbə vuraraq, onun neft hasilat imkanlarına ziyan vuran Ukrayna pilotsuz təyyarələrinin həyasız hücumlarından getdikcə daha çox məyus olur”, - nəşrdə qeyd olunub.

FT qeyd edib ki, sanksiyalara baxmayaraq, Rusiya dünyanın ən böyük enerji ixracatçısı olaraq qalır və dünyada neftin qiymətinin qalxması Co Baydenin ABŞ-da prezidentlik kampaniyasının başlaması ilə eyni vaxta düşüb.

Həmçinin "Rapidan Energy" konsaltinq şirkətinin prezidenti və Ağ Evin enerji məsələləri üzrə keçmiş müşaviri Bob Mak Nalli neft qiymətinin artmasından danışıb.

“Amerikanın indiki prezidentini seçki ilində yanacağın qiymətlərinin yüksəlməsindən daha çox qorxudan heç nə yoxdur”, - o, açıqlamada bildirib.

Bundan əlavə, Ağ Ev Rusiya Silahlı Qüvvələrinin də Ukraynanın enerji infrastrukturuna zərbə endirməsindən ehtiyat edir. Məsələn, söhbət Xəzər Boru Kəməri Konsorsiumundan (CPC) gedir ki, onun vasitəsilə Qazaxıstan nefti Rusiya Federasiyası vasitəsilə dünya bazarlarına çıxır.

Aytən Məftun


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur