Rusiya heç vaxt ABŞ-ın daxili siyasi proseslərinə qarışmayıb və qarışmayacaq.
Publika.az xəbər verir ki, bunu Kreml rəsmisi Dmitri Peskov deyib.
"Biz orada baş verənləri çox diqqətlə izləyirik. Çünki bu, dünyanın ən böyük iqtisadiyyatıdır, ən güclü hərbi ölkədir və müdafiə sahəsinə digər bütün ölkələrdən daha çox pul xərcləyən dövlətdir", - deyə Peskov bildirib.
Onun sözlərinə görə, seçki kampaniyası zamanı ABŞ-da zorakılıq hökm sürməyə başlayanda bu, bütün dünyanı, o cümlədən Rusiyanı narahat edib.
Cəmilə