18.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

İsveç nümayəndə heyəti Ankarada: Terror təşkilatlarına qarşı yeni addımlar gündəmdədir

21 yan 2025 12:00
DÜNYA
ads

Türkiyə ilə İsveç arasında qurulan “Təhlükəsizlik Mexanizmi” bu gün terrorla mübarizə sahəsində əməkdaşlığı müzakirə etmək üçün toplanır.

QÜTB.AZ xəbər verir ki, görüş xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikaya, İsveçin xarici işlər naziri Maria Malmer Stenerqard və İsveçin ədliyyə naziri Qunnar Strömmerin iştirakı ilə keçiriləcək. Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra qurulan mexanizmdən Ankaranın gözləntisi PKK/PYD/YPG və FETÖ-yə qarşı yeni addımlar atmasıdır.

İki ölkə arasında əvvəldən planlaşdırılan görüş İsveç nümayəndə heyətini daşıyan təyyarə xarab olduqdan sonra təxirə salınıb. Diplomatik nümayəndələr görüşün iki ölkənin qurumları arasında terrorla bağlı əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Xarici İşlər Nazirliyində keçiriləcək toplantıda Ankaranın gündəmində diqqət çəkən mühüm məsələlər var.

Aysel Şahmar

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur