Rusiyanın Başqırdıstan Respublikasının Tuymazı şəhərində baş verən yanğın zamanı iki yeniyetmə 15 sinif yoldaşını təxliyə etməyə kömək edib.
Lent.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi məktəblilərin mükafatlandırılması üçün sənədlər hazırlayır.
"Rusiya Fövqəladə Hallar Nazirliyinin müstəntiqinin sözlərinə görə, yanğın 3-cü mərtəbənin akt zalında baş verib. Orta məktəb şagirdləri həmin mərtəbədə təhsil alırmış. Onların dərsə gəldiyi əsas çıxış yanğın nəticəsində kəsilib. 2 məktəbli sinif yoldaşlarını yanğından xilas edib. Hər 2 məktəbli barədə rəhbərliyə təqdimat verilib" - deyə hesabatda göstərilir.
Milli.Az