29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Polşada nüvə silahı yerləşdiriləcək? - Prezident açıqladı

23 apr 2024 04:00
GÜNDƏM
ads
Advertisement

Polşanın nüvə başlıqlarının yerləşdirilməsi üzrə NATO-nun Nüvə Bölgüsü proqramında iştirakı yalnız alyans tərəfdaşları ilə müzakirə mövzusu olub.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Polşa Prezidenti Anjey Duda bildirib.

“Polşanın Nüvə Bölgüsü proqramında iştirakı ilə bağlı heç bir qərar qəbul edilməyib”, - deyə dövlət başçısı qeyd edib.

O əlavə edib ki, NATO tərəfdaşları ilə görüşlərdə bu mövzu vaxtaşırı müzakirəyə çıxarılır.

Bundan əvvəl Polşanın “Fakt” nəşrinə müsahibə verən Duda NATO müttəfiqlərinin alyansın şərq cinahının təhlükəsizliyinin gücləndirilməsinin bir hissəsi kimi zəruri hesab etdiyi təqdirdə, Varşavanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olduğunu bəyan etmişdi.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur