10.04.25 | Bakı 11.03° C |
20:37:56
Lent :

Səidə Sultandan qalmaqallı açıqlama: "Kişini pozan qadındır"

08 iyl 2024 19:00
GÜNDƏM
ads

"Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı müğənni Səidə Sultan olub. Həmcinslərini çox sevdiyini deyən müğənni həmişə qadınlara dəstək olduğunu söyləyib:

"Qadınları çox istəyirəm, bir şey olsa, tərəflərini saxlayaram, qorumağa çalışaram. Amma qadın qadına həmişə pislik edir. Əzəldən bu belədir. Kişini pozan da qadındır. Çünki kişiyə ilk tərbiyəni verən qadındır - anasıdır. Ana fərsiz oğlunu hansısa bir qızla evləndirirsə, o, artıq pislik edir. Buna görə də qadın qadının düşmənidir".

Yaxın rəfiqəsinin birdən-birə ondan uzaqlaşdığını deyən Səidə Sultan Məşədibabanın "Ahuzar içində" mahnısını ona görə oxuduğunu bildirib:

"Bir yaxın rəfiqəm var idi, çox yaxın idik. Birdən-birə məndən ayrıldı, hər şeyi qırıb getdi. Bu mənə çox pis təsir etdi. Çünki mən ona qarşı heç bir səhv etməmişəm. Buna görə də onun getməyini qəbul etmək istəmirdim. Məhz o ağrıya görə "Ahuzar içində" mahnısını oxudum".

Ətraflı süjetdə:


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur