Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin keçmiş rəhbəri Mixail Saakaşvilinin əfv olunmasını tələb edən Avropa Parlamenti tərəfindən ona təzyiqlər edildiyini bəyan edib.
Publika.az xəbər verir ki, Zurabişvili bu barədə gürcü və xarici KİV nümayəndələrinə müsahibəsində deyib.
“Avropa Parlamentindən və başqa yerlərdən təkliflər var, təzyiqlər var, daha çox deməyəcəm. Mən dedim ki, heç bir təzyiq altında (Saakaşvilinin əfv olunması ilə bağlı) qərar verməyəcəyəm. İstər ölkə daxilində, istərsə də xaricdə təzyiqləri nəzərdə tuturam”, - Prezident bildirib.
Avropa Parlamenti dəfələrlə prezidentdən Saakaşvilini əfv etməyə çağıran qətnamələr qəbul edib. Belə çağırışla sonuncu qətnamə bu il martın əvvəlində qəbul edilib.
Zurabişvili avropalı deputatların fərdi suallarını da alıb. Prezident dəfələrlə bildirib ki, Saakaşvilini əfv etmək fikrində deyil.
Tural