03.07.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Mirziyoyev Azərbaycana gəldi - YENİLƏNİB

02 iyl 2025 12:00
GÜNDƏM
ads

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Qutb.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

****

10:36

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb.

Qutb.az-ın məlumatına görə, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti xəbər yayıb.

Daha əvvəl səfərin 2-4 iyul tarixlərində baş tutacağı bildirilmişdi. İyulun 4-də Xankəndidə Özbəkistan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur