Ukrayna prezidenti genişmiqyaslı işğal zamanı azı 10 sui-qəsd cəhdindən sağ çıxıb. Eyni zamanda Vladimir Zelenski qeyd edib ki, Ukrayna əsgərləri hər gün həyatlarını riskə atırlar.
Publika.az xəbər verir ki, Ukrayna prezidenti bu barədə İtaliyanın "Rai" telekanalının "Cinque minuti" proqramına müsahibəsində bildirib.
Jurnalist Zelenskiyə “Putin sizi neçə dəfə öldürməyə çalışıb” sualını verib.
“10 dəfə deyirlər. Bu, kəşfiyyat və xüsusi xidmət orqanlarının məlumatlarıdır. Düzünü desəm, mən belə düşünmürəm. Mənə elə gəlir ki, Ukraynada hər gün cəbhədə canlarını təhlükəyə atan bütün insanlarımız, hərbçilər var. Dinc Odessada mülki insanlar da hər gün riskə gedirlər”, - Vladimir Zelenski qeyd edib.
Prezidentin sözlərinə görə, o, hər bir ukraynalı ilə eyni vəziyyətdədir.