Dələduzluq və çirkli pulların yuyulmasında ittiham edilərək həbs edilən sosial media fenomeni Candan bacılarından Nihal Candan həbsdan buraxılıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb Nihal Candanın həbsxanada aroneksiya (yemək yeməmə xəstəliyi) xəstəliyindən əziyyət çəkməsi və çəkisinin 37 kq-a düşməsi olub. Dünən vəziyyəti pisləşərək xəstəxanaya yerləşdirilən Nihal Candanın müalicəsinin həbsxanada davam edə bilməyəcəyi bildirilib. Həkim rəyindən sonra 29 yaşlı fenomenin həbsdən buraxılmasına qərar verilib.