Antalyada Gürhan Üzer 20 gün əvvəl boşandığı keçmiş həyat yoldaşı Pınar Zorlunun ardınca işlədiyi iş yerinin qarşısına gələrək onunla mübahisə edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Son Gazete" məlumat yayıb.
Bildirilib ki, Üzer özü ilə gətirdiyi benzinlə dolu vedrəni qəfil P.Zorlunun üzərin töküb. Başına nə gələcəyini anlayan qadın qaçmağa çalışsa da, buna nail ola bilməyib.
Üzer əlindəki alışqanı yandırıb və keçmiş xanımının üstünə atıb. Bundan sonbra gənc qadını alov bürüyüb.
Üzer hadisə yerində qaça bilib. Qadının qışqırtısını eşidən yaxınlıqdakı satıcılar yanğınsöndürən balonlarla müdaxilə ediblər.
Pınar Zorlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Səhhəti qənaətbəxşdir.
Hüseyn İbadlı