Cənubi Qafqazda sülhün üç mühüm amili var- Rəylər
5 apreldə Avropa İttifaqının sədri Ursula Von der Lyayen, ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin (PSK) üzvlərinin Cənubi Qafqaza səfəri nəzərdə tutulub. Yaxın günlərdə baş tutacaq səfər çərçivəsində Aİ nümayəndələri Azərbaycan, Ermənistan və Gürcüstanda olacaq.
Cənubi Qafqaza daxil olmaqda israrlı olan qərbin bu addımı nə ilə nəticələnəcək? Görüşün əsas məqsədi nədən ibarətdir? Gündəmdə hansı məsələlər olacaq?
Qütb.az olaraq mövzu olaraq ilə bağlı Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, Hasan Oktayın və politoloq Əlimusa İbrahimovun fikrini öyrəndik.
Hasan Oktayın sözlərinə görə, aprelin 5-də Brüsseldə Amerika Avropa İttifaqı ilə Ermənistanın baş naziri Paşinyan görüşündən sonra Avropa İttifaqı Cənubi Qafqaz siyasətini sürətləndirməyə başlayıb:
“Bu siyasətlər Ermənistan üzərində cəmlənib, eyni zamanda Gürcüstan və Azərbaycanın da daxil olduğu geniş paketi əhatə edir. Avropa İttifaqı və NATO mövcud imkanlardan Rusiyanın Cənubi Qafqazda təsirini azaltmaq, regionda münaqişə risklərini aradan qaldırmaq və sabit Cənubi Qafqaz yaratmaq üçün istifadə etmək istəyir. Lakin regionda İran və Rusiya faktorlarını nəzərə alsaq, Avropa İttifaqının bu turda gözlənilən nəticələri verməsi çətin görünür. Cənubi Qafqazda sülhün üç mühüm amili var. Türkiyə, Ermənistan və Azərbaycan Cənubi Qafqazda sülhü birlikdə sınaqdan keçirə bilər. Bununla yanaşı daimi sülhə nail olmaq çətin görünür, çünki regiona gələn hər bir aktor yeni problemi tətikləyəcək”.
Əlimusa İbrahimov bildirib ki, son dövrlər Cənubi Qafqazda həssas bir şərait yaranıb:
“Avropa İttifaqı və ABŞ-ın ciddi-cəhdlərinə baxmayaraq üç Cənubi Qafqaz respublikalarını öz region siyasətlərinə tabe edə bilmirlər. Bu ölkələrdən sadəcə bir ölkə-Ermənistan qeyd-şərtsiz, müti şəkildə onların hər tələbini qəbul edərək ləbbeyk deyir. Digər iki ölkə isə öz dövlətçilik maraqlarından çıxış edərək öz mənafelərini qoryan siyasət yeridirlər. Buna baxmayaraq Avropa İttifaqı və ABŞ Azərbaycan və Gürcüstan təsir etmək üçün yeni-yeni təşəbbüslərdən əl çəkmirlər. Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin (PSK) üzvlərinin Cənubi Qafqaza nəzərdə tutlan səfəri belə təşəbbüslərdən biridir. Səfər zamanı onlar Avropa İttifaqının Cənubi Qafqazda təhlükəsizlik üzrə prioritet hesab etdikləri məsələlr barədə fikir mübadiləsi apararaq bu ölkələrin gözləntilərini aydınlaşdırmağa çalışacaqlar”.
Rəşid Qarayev