29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Zelenskidən Fələstin AÇIQLAMASI: "İki dövrü qarışdırmayın"

02 iyn 2024 18:00
GÜNDƏM
ads
Advertisement

Ukrayna həm İsraili, həm də Fələstini suveren dövlətlər kimi tanıyır.

Publika.az Strana.ua-ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Sinqapurda keçirilən “Şanqri-La Dialoq” beynəlxalq forumunda çıxışı zamanı deyib .

“Ukrayna iki dövləti - İsrail və Fələstini tanıyır. O, hər şeyi edəcək ki, İsrail dayansın, bu münaqişə bitsin və mülki insanlar əziyyət çəkməsin”, - Zelenski forumda çıxışı zamanı deyib.

Ukrayna lideri 2023-cü ilin payızında Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən dərhal sonra verdiyi yəhudi dövlətini dəstəkləyən bəyanatlarını izah edib. Prezident “iki dövrü qarışdırmamağa” çağırıb və o zaman yalnız İsrailin öz vətəndaşlarını Fələstinin HƏMAS hərəkatının hücumlarından qorumaq hüququndan danışdığını vurğulayıb .

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur